Beynəlxalq Telekommunikasiya İttifaqı: Gələn ildən 5G texnologiyası bütün dünyada tətbiq ediləcək

“Biz artıq 5G texnologiyası üzrə standartları qəbul etmişik”. “Report” xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Beynəlxalq Telekommunikasiya İttifaqının Baş katibi Haoulin Zao deyib. O bildirib ki, gələn ildən 5G bütün dünyada tətbiq ediləcək: “Hazırda bir neçə ölkədə 5G sınaq rejimində tətbiq edilir. Həmin...
“Əşyaların interneti”

“Bakutel 2019” sərgisində “Əşyaların interneti” həlləri təqdim ediləcək

"Bakutel 2019" 25-ci Yubiley Beynəlxalq Telekommunikasiya, İnnovasiya və Yüksək Texnologiyalar Sərgisində xüsusi əhəmiyyətli mövzulardan biri "Əşyaların interneti" olacaq. Təsadüfü deyil ki, sərgi çərçivəsində təşkil olunacaq 2-ci Xəzər İnnovasiya Konfransı "Əşyaların interneti: müasir cəmiyyətin təməli" mövzusuna həsr edilib. Sərgidə "İnternet of...
“Səsli dərslik” mobil tətbiqi

“Səsli dərslik” mobil tətbiqi şagirdlərin istifadəsinə verilib

Təhsil Nazirliyinin elan etdiyi təhsildə inkişaf və innovasiyalar üzrə 3-cü qrant müsabiqəsi çərçivəsində orta məktəb şagirdləri üçün ölkədə ilk dəfə olaraq dərsliklərin mobil tətbiqi hazırlanıb. "Report" xəbər verir ki, 5,6 və 7-ci sinif Ədəbiyyat dərsliklərini əhatələyən layihə Gəncə şəhərində təhsil ictimaiyyətinə...
“Əşyalar interneti: müasir cəmiyyətin təməli”

“Əşyalar interneti: müasir cəmiyyətin təməli” mövzusunda 2-ci Xəzər İnnovasiya Konfransı keçiriləcək

“Bakutel” Beynəlxalq Telekommunikasiya, İnnovasiya və Yüksək Texnologiyalar Sərgisi çərçivəsində 4 dekabr tarixində 2-ci Xəzər İnnovasiya Konfransı keçiriləcək. Builki konfrans “Əşyalar interneti: müasir cəmiyyətin təməli” mövzusuna həsr edilib. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin təşəbbüsü,   Beynəlxalq Telekommunikasiya İttifaqı, BMT-nin Asiya və Sakit...
“StartupFest 2019” tədbiri

Azərbaycan Beynəlxalq Bankı startapçı gəncləri mükafatlandırıb

Azərbaycan Beynəlxalq Bankının Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi və Azərbaycan İnternet Forumu ilə birgə həyata keçirdiyi “Startap günləri” layihəsi uğurla başa çatıb. "Report" bu barədə banka istinadən xəbər verir. Məlumata görə, “StartupFest 2019” tədbiri...
StartupFest 2019

“StartupFest 2019”un rəsmi açılış mərasimi keçirilib

Noyabrın 25 -də "StartupFest 2019" adı altında startapları əhatə edən beynəlxalq festivalın rəsmi açılış mərasimi keçirilib. AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev "StartupFest 2019" festivalı çərçivəsində Bakı və...
Ghosty

Elektron Təhlükəsizlik Xidmətinin müraciəti əsasında gizlilik qaydalarını pozan tətbiq “Google Play Store” və “App...

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidməti (ETX) "Ghosty" tətbiqi ilə bağlı "Facebook" komandasına birbaşa müraciət edib. Müraciət əsasında son günlər ölkəmizdə, eləcə də xaricdə "Instagram" sosial şəbəkəsinin istifadəçilərinin böyük narahatlığına səbəb olan, istifadəçilərin məxfilik hüquqlarını və...
Bakcell

“Bakcell” tezliklə “099” operator kodunu istifadəyə verəcək

Tezliklə Azərbaycanın mobil rabitə operatoru "Bakcell" 099 operator kodunu istifadəyə verəcək. "Report" xəbər verir ki, bunu jurnalistlərə "Bakcell"in baş icraçı direktoru Rayner Ratgeber deyib: "Amma konkret vaxt bildirə bilmərəm". Xatırladaq ki, “Bakcell” artıq iki operator koduna (055 və 099) malikdir. R. Ratgeber Azərbaycanda göstərilən internet xidmətinin keyfiyyətindən...
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Ramin Quluzadə

Əqli mülkiyyət hüquqlarının qorunması sahibkarlığın inkişaf etdirilməsinə əhəmiyyətli şəkildə təsir edir

Türk.az xəbər verir ki, 7 noyabr Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi,  ABŞ-ın ölkəmizdəki səfirliyi və “Microsoft” şirkətinin təşkilatçılığı ilə “Əqli mülkiyyət hüquqları və kibertəhlükəsizlik” mövzusunda seminar keçirilib. Seminardan öncə nazir Ramin Quluzadə ilə ABŞ-ın Azərbaycandakı səfiri Li Litzenberger arasında...
Trend Micro

Trend Micro şirkətinin əməkdaşı müştərilərin fərdi məlumatlarını satırmış

Trend Micro şirkət daxilində baş vermiş xoşagəlməz insident nəticəsində müştərilərin fərdi məlumatlarının ələ keçirilməsi barədə məlumat yaymışdır. Şirkətin keçmiş əməkdaşı müştəri bazasını oğurlayaraq kibercinayətkarlara ötürmüşdür. Trend Micro xaricdən şirkətə hər hansı bir hücumun olduğunu aşkarlamamışdır. Şirkətin nümayəndəsi təqribən 70...
- reklam -