Qazaxıstanda keçirilmiş beynəlxalq turnirdə 12 boksçumuz yarımfinala yüksəlib
Qazaxıstanda boks üzrə keçirilən beynəlxalq turnirdə dörddəbir final mərhələsinə yekun vurulub.
Azərbaycan Boks Federasiyasından AZƏRTAC-a bildiriblər ki, Azərbaycan, Qazaxıstan, Kuba, Gürcüstan, Tacikistan, Qırğızıstan və Kambocadan 150-dək idmançının qatıldığı yarışda yığmamızın 12 üzvü yarımfinalda iştirak etmək hüququ qazanıb.
Boksçularımızdan Məsud Yusifzadə (54) dörddəbir...
“Masters”: Azərbaycan cüdoçusundan bürünc medal
Azərbaycan cüdoçusu Balabəy Ağayev İsraildə keçirilən “Masters” turnirində bürünc medal qazanıb.
AZƏRTAC xəbər verir ki, 60 kiloqram çəki dərəcəsində mübarizə aparan tatami ustamız həlledici mərhələdə komanda yoldaşı Turan Bayramovu məğlub edib.
Qeyd edək ki, yarışda ölkəmizi 13 cüdoçu təmsil edir.
Turnirə 58 ölkədən...
Güləş üzrə Azərbaycan çempionatının püşkü atılıb
Dekabrın 20-də Bakı İdman Sarayında start götürəcək güləş üzrə Azərbaycan çempionatı ilə bağlı məşqçilərin iclası keçirilib.
"Report" xəbər verir ki, tədbirdə Azərbaycan Güləş Federasiyasının, eləcə də Gənclər və İdman Nazirliyinin rəsmiləri iştirak ediblər.
İclasda hər zaman olduğu kimi, məşqçilərdən nizam-intizam qaydalarına və...
DÇ-2022: Argentina millisinin qazandığı mükafatın məbləği bəlli olub
Qətərdəki dünya çempionatının qalibi olan Argentina millisinin qazandığı mükafatın məbləği açıqlanıb.
"Report" "APnews"a istinadən xəbər verir ki, "tanqoçular" ümumilikdə 52 milyon ABŞ dolları alacaqlar.
Bunun 10 milyon dolları artıq Cənubi Amerika Futbol Konfederasiyası (CONMEBOL) tərəfindən yığma üzvlərinə təqdim olunub. Yerdə qalan vəsaiti...
Messi dünya çempionatının ən yaxşı futbolçusu seçilib
Argentina millisinin kapitanı Lionel Messi Qətərdə keçirilən dünya çempionatının ən yaxşı futbolçusu seçilib.
AZƏRTAC xəbər verir ki, dünya çempionatında Messi 8 qol vurub və 3 məhsuldar ötürmə ilə yadda qalıb.
Qətər mundialında Argentina millisi qrup mərhələsində Polşa, Meksika və Səudiyyə Ərəbistanını qabaqlamağı...
DÇ-2022: Xorvatiya millisi bürünc medal qazanıb
Qətərdə keçirilən dünya çempionatında bürünc medal qazanan komanda bəlli olub.
"Report"un məlumatına görə, üçüncü yer uğrunda oyunda Xorvatiya və Mərakeş yığmaları üz-üzə gəliblər.
Qarşılaşma Avropa təmsilçisinin 2:1 hesablı qələbəsi ilə bitib. "Damalılar"ın qollarını 7-ci dəqiqədə Yosko Qvardiol, 42-ci dəqiqədə Mislav Orşiç...
Şahmat üzrə Dünya Kuboku Bakıda keçiriləcək
Şahmat üzrə Dünya Kuboku 2023-cü ildə Bakıda keçiriləcək.
Azərbaycan Şahmat Federasiyasından "Report"a verilən məlumata görə, bu barədə Beynəlxalq Şahmat Federasiyası (FIDE) qərar qəbul edib.
İyulun 29-da başlayacaq turnir avqustun 26-dək davam edəcək.
Qeyd edək ki, bu, Azərbaycanda keçiriləcək ikinci Dünya Kuboku olacaq. Bakı...
Futbol üzrə dünya çempionatında ilk finalçı bəlli olub
Qətərdə keçirilən dünya çempionatında ilk finalçı müəyyənləşib.
"Report"un məlumatına görə, yarımfinal oyununda Xorvatiya yığmasını 3:0 hesabı ilə darmadağın edən Argentina millisi həlledici qarşılaşmaya vəsiqə qazanıb.
Görüşdə ilk qol 34-cü dəqiqədə vurulub. Penaltini dəqiq yerinə yetirən Lionel Messi Cənubi Amerika təmsilçisini hesabda önə keçirib....
Mərakeş millisi tarixində ilk dəfə mundialın yarımfinal mərhələsində
Futbol üzrə Mərakeş millisi Qətərdə keçirilən dünya çempionatının yarımfinal mərhələsinə yüksəlib.
AZƏRTAC xəbər verir ki, turnirin dörddəbir final mərhələsi çərçivəsində Mərakeş millisi Portuqaliya seçməsi ilə qarşılaşıb.
“Al Tumama” stadionunda keçirilən oyunda hesabı Mərakeş millisi açıb. Qarşılaşmanın 42-ci dəqiqəsində Yussuf En-Nesiri baxımlı qola...
DÇ-2022: Yarımfinal mərhələsinə ilk vəsiqəni Xorvatiya millisi qazanıb
Xorvatiya millisi Qətərdə keçirilən dünya çempionatında yarımfinal mərhələsinə vəsiqə qazanıb.
“Report”un məlumatına görə, Avropa təmsilçisi 1/4 finalda Braziliyanı mübarizədən kənarlaşdırıb.
90 dəqiqəsində qol vurulmayan görüşdə əlavə vaxt oynanılıb. Matçın 105+1-ci dəqiqəsində Neymar hesabı açıb. 117-ci dəqiqədə Bruno Petkoviç bərabərlik topunu vurub...