Türkiyədən növbəti addım: idmançıları da Azərbaycanı dəstəklədi
İşğal edilmiş torpaqların azad olunması üçün Qarabağda döyüş əməliyyatları başladığı gündən indiyədək Türkiyənin müxtəlif bölgələrindən Azərbaycana dəstək tədbirləri keçirilir. Bu dəfə Düzcə Hava İdman Klubunun üzvləri səmada Azərbaycan bayrağı dalğalandıraraq dəstək nümayiş etdiriblər.
Türkiyə mətbuatı xəbər verir ki, klub üzvlərinin...
Azərbaycan cüdoçuları Açıq Avropa turnirində qızıl və gümüş medal qazanıb
Azərbaycan cüdoçusu Ruslan Paşayev Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda keçirilən Açıq Avropa turnirində bürünc medal görüşünə çıxıb.
"Report"un məlumatına görə, 66 kq çəki dərəcəsində rəqib fransalı Robin Korrado olub. Qarşılaşmanın taleyi qızıl xal bölümündə həll olunub. Paşayev ipponla uduzaraq, 5-ci...
Formula 1 Azərbaycan Qran Prisi üçün endirimli biletlər erkən satışa çıxarılacaq
2023-cü ilin 28-30 aprel tarixlərində keçiriləcək Formula 1 Azərbaycan Qran Prisi üçün endirimli erkən bilet satışının bitməsinə son 3 gün qalıb.
Bakı Şəhər Halqasından Trend-ə verilən məlumata görə, F1 həyəcanını yenidən yaşamaq istəyənlər 20% endirimlə təklif olunan kampaniyadan 15 yanvar...
Üç güləşçimiz dünya çempionatında bürünc medal uğrunda mübarizə aparacaq
Serbiyanın paytaxtı Belqradda güləş üzrə dünya çempionatı davam edir.
AZƏRTAC xəbər verir ki, ikinci yarış günündə - sentyabrın 11-də yunan-Roma güləşi üzrə millinin 4 üzvü mübarizəyə qoşulub.
Güləşçimiz Taleh Məmmədov (63 kq) səkkizdəbir finalda latviyalı Aleksandr Yurkyans üzərində əzmkar qələbə qazanıb -...
Bakıda akrobatika üzrə dünya kuboku yarışlarının açılış mərasimi olub
Noyabrın 17-də Milli Gimnastika Arenasında akrobatika gimnastikası üzrə dünya kuboku yarışlarının açılış mərasimi olub.
AZƏRTAC xəbər verir ki, əvvəlcə iştirakçı ölkələrin paradı keçirilib.
Azərbaycan Respublikasının gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov açılış mərasimində çıxış edərək dünyanın ən güclü gimnastlarının qədim və...
MOİK təmsilçiləri güləş üzrə Avropa çempionatında 4 medal qazanıb
İtaliyanın paytaxtı Roma şəhərində keçirilən güləş üzrə Avropa çempionatında milli komandamızın tərkibində yarışan Müdafiə Nazirliyi Mərkəzi Ordu İdman Klubunun (MOİK) təmsilçiləri də uğurla çıxış edirlər.
Avropa çempionatının finalında mübarizə aparan sərbəst güləşçimiz baş leytenant Ağahüseyn Mustafayev (70 kiloqram) yarışların gümüş...
Şahmatçılarımız “Grand Swiss-2021” turnirinin birinci turunda mübarizə aparıblar
Riqada şahmat üzrə “Grand Swiss-2021” turnirinin birinci turunun oyunları keçirilib.
AZƏRTAC xəbər verir ki, İsveçrə sistemi üzrə keçirilən turnirin birinci turunda şahmatçılarımız Nicat Abasov Alireza Firuzcaya (Fransa), Vasif Durarbəyli Pərham Maqsudluya (İran), Rauf Məmmədov Nodirbek Yakoboyevə (Özbəkistan), Aydın Süleymanlı İvan Saricə...
DÇ-2022: Azərbaycan millisinin rəqibləri bəlli olub
Qətərdə keçiriləcək DÇ-2022-nin Avropa zonası üzrə seçmə mərhələsinin püşkü atılıb.
Apasport.az saytının məlumatına görə, final mərhələsində vəsiqələr uğrunda mübarizəyə başlayacaq 55 komanda 10 qrupa bölünüb.
Bu qrupların beşində 5, beşində 6 komanda yer alıb. 2021-ci ildə baş tutacaq seçmə mərhələdə qrup...
Cüdo üzrə Azərbaycan millisi Avropa çempionu olub
Azərbaycanın gənc oğlanlardan ibarət milli yığma komandası Praqada keçirilən gənclər arasında Avropa çempionatında medal sıralamasına görə 39 ölkə arasında birinci olub.
AZƏRTAC xəbər verir ki, sentyabrın 15-17-də Çexiyanın paytaxtı Praqa şəhərində keçirilən gənclər arasında Avropa çempionatında fərdi yarışlara yekun vurulub.
Fərdi yarışların...
Bakıda batut gimnastikası və tamblinq üzrə Dünya Kubokunun açılış mərasimi keçirilib
Bu gün Azərbaycanda ilin ilk beynəlxalq idman yarışı - batut gimnastikası və tamblinq üzrə Dünya Kubokunun açılış mərasimi keçirilib.
“Report” xəbər verir ki, Milli Gimnastika Arenasında (MGA) baş tutan mərasimdə əvvəlcə iştirakçı ölkələrin - Azərbaycan, Avstraliya, Almaniya, ABŞ, Belarus, Bolqarıstan,...