Lerikdə zəlzələ baş verdi

Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən Türk.az-a verilən xəbərə görə,  yerli vaxtla 16:57:14-də Lerik ərazisində zəlzələ qeydə alınıb. Zəlzələ episentrdə 5 baldan çox, yaxın yaşayış məntəqələrində 4-3 bala qədər hiss olunub. Təkanların maqnitudası 5.1, dərinliyi isə 15 km olub.

Göygöldə toyda dava olub, xəsarət alanlar var

Göygöl rayonunda toy mərasiminə gələn qonaqlar arasında əlbəyaxa dava düşüb. "Report"un Qərb bürosunun məlumatına görə, rayon ərazisində keçirilən toy mərasimlərinin birində qonaq olan Daşkəsən rayon sakinləri, 1978-ci il təvəllüdlü Zülfəli Qələndər oğlu Məmmədov, onun qardaşı, 1976-cı il təvəllüdlü Fazil Qələndər...

Ermənistanda hərbçilərin və dövlət məmurlarının əməkhaqqları azaldılıb

Ermənistan hökuməti dövlət qurumlarının maliyyələşdirilməsi ilə bağlı yaranan problemi işçiləri ixtisar etməklə deyil, dövlət qulluqçularının əməkhaqqını azaltmaqla həll etmək qərarına gəlib. Türk.az xəbər verir ki, "İravnuk" qəzeti dövlət məmurlarının əməkhaqqlarındakı azalmanın 40 faizə çata biləcəyini yazıb. Nəşrin məlumatına görə, Ermənistan ordusunun zabitlərinin maaşları da...

Dağıstanda qəzada 4 nəfər ölüb

Dağıstandakı Mahaçqala-Qızılyar-Qoçubəy yolunda avtobus və Vesta Lada avtomobilinin toqquşması baş verib. Türk.az xəbər verir ki, qəza nəticəsində dörd nəfər ölüb, daha bir nəfər xəsarət alıb. Onun vəziyyəti barədə hələlik heç nə məlum deyil. Hadisə yerində polis əməkdaşları hadisənin bütün səbəblərini aydınlaşdırılır.

Sərnişin özünü qatarın altına atdı

Bu gün "Bakı Metropoliteni" QSC-nin "Nizami" stansiyasında sərnişinlərdən biri özünü qatarın altına atıb. Bu barədə Türk.az-a qurumun məbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov məlumat verib. Onun sözlərinə görə, hadisə saat 11:40 radələrində baş verib. “Bu, 1968-ci il təvəllüdlü Ağdaş rayon sakini Tərlan Yusifovdir....

Qazaxda ailənin tək oğlan övladı çayda batıb

Qazax rayonunda suda boğulma hadisəsi baş verib. Türk.az-ın məlumatına görə, 2000-ci il təvəllüdlü kənd sakini Pənahov Sənan Natiq oğlu Kür çayının Birinci Şıxlı kəndi ərazisindən keçən hissəsində çimərkən batıb. Uzaqdan onun batdığını görən uşaqlar valideynlərinə xəbər veriblər. Kənd sakinlərinin axtarışı nəticəsində...

Bakıda avtomobil yol kənarında dayanan piyadaları vurub

Bakıda avtomobil yol kənarında dayanan 3 nəfəri vurub, onlardan biri ölüb. Türk.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. Məlumata görə, hadisə Xətai rayonunun Gəncə prospektində qeydə alınıb. Belə ki, avqustun 16-da Xətai rayonunun Gəncə prospektində Bakı şəhər sakini Elşən Şahverdiyev idarə...

Lerikdə zəlzələ olub

Avqustun 13-də Lerik rayonu ərazisində zəlzələ baş verib. Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən Türk.az-a bildirilib ki, yeraltı təkanlar yerli vaxtla saat 04:30-də Yardımlı stansiyasından 25 kilometr cənubi - şərqdə qeydə alınıb. Zəlzələ episentrdə 3 bala qədər hiss...

Qəbələdə iki kəndlə əlaqə kəsildi – Video

Güclü yağış Qəbələ rayonunda bir sıra fəsadlar törədib. Report-un Şirvan bürosunun məlumatına görə, avqustun 10-da axşam saatlarında başlayan güclü yağış nəticəsində çaylarda suyun səviyyəsi artıb. Nəticədə Qaraçay çayı daşaraq Dandıx və Solquca kəndlərinin rayon mərkəzi ilə əlaqəsinin kəsilməsinə səbəb olub. Hazırda kənd...

İcra başçısının bacısı oğlu faciəvi şəkildə öldü

Samur-Abşeron kanalının Sumqayıt şəhəri ərazisindən keçən hissəsində 1991-ci il təvəllüdlü Əbilov Daşqın Tapdıqəli oğlu batıb. Onun cəsədi FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə ailəsinə təhvil verilib. Unikal.org xəbər verir...
- reklam -