Ermənistanda hərbçilərin və dövlət məmurlarının əməkhaqqları azaldılıb

Ermənistan hökuməti dövlət qurumlarının maliyyələşdirilməsi ilə bağlı yaranan problemi işçiləri ixtisar etməklə deyil, dövlət qulluqçularının əməkhaqqını azaltmaqla həll etmək qərarına gəlib. Türk.az xəbər verir ki, "İravnuk" qəzeti dövlət məmurlarının əməkhaqqlarındakı azalmanın 40 faizə çata biləcəyini yazıb. Nəşrin məlumatına görə, Ermənistan ordusunun zabitlərinin maaşları da...

Dağıstanda qəzada 4 nəfər ölüb

Dağıstandakı Mahaçqala-Qızılyar-Qoçubəy yolunda avtobus və Vesta Lada avtomobilinin toqquşması baş verib. Türk.az xəbər verir ki, qəza nəticəsində dörd nəfər ölüb, daha bir nəfər xəsarət alıb. Onun vəziyyəti barədə hələlik heç nə məlum deyil. Hadisə yerində polis əməkdaşları hadisənin bütün səbəblərini aydınlaşdırılır.

Sərnişin özünü qatarın altına atdı

Bu gün "Bakı Metropoliteni" QSC-nin "Nizami" stansiyasında sərnişinlərdən biri özünü qatarın altına atıb. Bu barədə Türk.az-a qurumun məbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov məlumat verib. Onun sözlərinə görə, hadisə saat 11:40 radələrində baş verib. “Bu, 1968-ci il təvəllüdlü Ağdaş rayon sakini Tərlan Yusifovdir....

Qazaxda ailənin tək oğlan övladı çayda batıb

Qazax rayonunda suda boğulma hadisəsi baş verib. Türk.az-ın məlumatına görə, 2000-ci il təvəllüdlü kənd sakini Pənahov Sənan Natiq oğlu Kür çayının Birinci Şıxlı kəndi ərazisindən keçən hissəsində çimərkən batıb. Uzaqdan onun batdığını görən uşaqlar valideynlərinə xəbər veriblər. Kənd sakinlərinin axtarışı nəticəsində...

Bakıda avtomobil yol kənarında dayanan piyadaları vurub

Bakıda avtomobil yol kənarında dayanan 3 nəfəri vurub, onlardan biri ölüb. Türk.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. Məlumata görə, hadisə Xətai rayonunun Gəncə prospektində qeydə alınıb. Belə ki, avqustun 16-da Xətai rayonunun Gəncə prospektində Bakı şəhər sakini Elşən Şahverdiyev idarə...

Lerikdə zəlzələ olub

Avqustun 13-də Lerik rayonu ərazisində zəlzələ baş verib. Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən Türk.az-a bildirilib ki, yeraltı təkanlar yerli vaxtla saat 04:30-də Yardımlı stansiyasından 25 kilometr cənubi - şərqdə qeydə alınıb. Zəlzələ episentrdə 3 bala qədər hiss...

Qəbələdə iki kəndlə əlaqə kəsildi – Video

Güclü yağış Qəbələ rayonunda bir sıra fəsadlar törədib. Report-un Şirvan bürosunun məlumatına görə, avqustun 10-da axşam saatlarında başlayan güclü yağış nəticəsində çaylarda suyun səviyyəsi artıb. Nəticədə Qaraçay çayı daşaraq Dandıx və Solquca kəndlərinin rayon mərkəzi ilə əlaqəsinin kəsilməsinə səbəb olub. Hazırda kənd...

İcra başçısının bacısı oğlu faciəvi şəkildə öldü

Samur-Abşeron kanalının Sumqayıt şəhəri ərazisindən keçən hissəsində 1991-ci il təvəllüdlü Əbilov Daşqın Tapdıqəli oğlu batıb. Onun cəsədi FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə ailəsinə təhvil verilib. Unikal.org xəbər verir...

Xarici valyutanın gömrük sərhədindən bəyan edilmədən keçirilməsi cəhdinin qarşısı alınıb

Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları külli miqdarda xarici valyutanın gömrük sərhədindən bəyan etmədən keçirilməsi cəhdinin qarşısını alıb. Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən Türk.az-a bildirilib ki, Bakı-İstanbul aviareysi ilə getmək istəyən Türkiyə Respublikası vətəndaşının çamadanı rentgen aparatı ilə yoxlanılan zaman...

Gəncədə baş verdiyi iddia edilən qadının yandırılması videosu saxtadır və təxribat xarakteri daşıyır

Bəzi xəbər saytlarında və sosial şəbəkələrdə Gəncə şəhərində baş verdiyi iddia edilən qadının yandırılması videosu saxtadır, həmin hadisə Azərbaycanda baş verməyib. Bunu “Report”a Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin İnformasiya bölməsinin rəisi, polis polkovniki İlham Babayev bildirib. O deyib ki, Azərbaycanın hüquq-mühafizə...
- reklam -