Azərbaycan Ordusunun hərbi qulluqçusu şəhid olub

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhə xəttində atəşkəs rejimini kobud surətdə pozmaqla növbəti dəfə təxribat törədib. ATƏT-in Minsk qrupunun həmsədrlərinin respublikamızda səfərdə olduğu bir vaxtda, mayın 30-da səhər saatlarında cəbhənin Ağdam rayonu istiqamətində düşmən tərəfindən açılan snayper atəşindən Azərbaycan Ordusunun hərbi...

İcra Hakimiyyəti: Bayıl sürüşmə zonasında yaşayan məcburi köçkünlərə maddi yardım veriləcək

Azərbaycan Nazirlər Kabineti Bakının Səbail rayonu, Bayıl sürüşmə zonasında yaşayan sakinlərin köçürülməsi üçün 9 201 533 manat vəsait ayırıb. Bu barədə “Report”a Səbail Rayon İcra Hakimiyyətindən bildirilib. Qeyd olunub ki, həmin ərazidə 98 ailə məskunlaşıb, onlardan 6-sı 2018-ci ildə köçürülüb, hazırda orada olan 92 ailədən 27-si məcburi...

Yevlaxda tələbələrin qəzaya düşməsi nəticəsində 2 nəfər ölüb, 21 nəfər yaralanıb – SİYAHI –...

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən "Report"a bildirilib ki, Yevlax rayonunun Xaldan qəsəbəsində baş vermiş ağır yol-nəqliyyat hadisəsi nəticəsində 25 nəfər qəzaya düşüb: "Onlardan 2-si hadisə yerində keçinib, müxtəlif xəsarətlər almış 21 nəfər Yevlax Rayon Mərkəzi Xəstəxanasına, 2 nəfər isə Mingəçevir Şəhər Mərkəzi...

Cakartada toqquşmalar zamanı 6 nəfər ölüb, 200 yaralı var – VİDEO – YENİLƏNİB

İndoneziyanın paytaxtı Cakartada nümayişçilərlə polis arasında baş verən qarşıdurmalar nəticəsində ən azı 6 nəfər ölüb, 200 nəfər yaralanıb. "Report" TASS-a istinadən xəbər verir ki, bu barədə çərşənbə günü Cakartanın qubernatoru Anis Basvedana istinadən "Detik" portalı məlumat yayıb. "Hazırda 6 nəfərin öldüyü...

Sumqayıtda 26 yaşlı gənci avtomobil vurub

Sumqayıtda 26 yaşlı gənci avtomobil vurub. "Report"un Sumqayıt-Abşeron bürosunun məlumatına görə, hadisə şəhərin İnşaatçılar qəsəbəsində qeydə alınıb. Belə ki, 1993-cü il təvəllüdlü Vüsal Cəbrayılovu yolu keçmək istəyərkən avtomobil vurub. Yaralı xəstəxanaya aparılıb və ona tibbi yardım göstərilib. Faktla bağlı araşdırma aparılır.

Tovzuda 5 nəfər qidadan zəhərlənib

Tovuz rayonunda 5 nəfər qidadan zəhərlənib. Türk.az-ın məlumatına görə, hadisə rayonun Bozalqanlı kəndində qeydə alınıb. İlkin məlumata görə, bir ailənin 5 üzvü qidadan zəhərlənib. Onlar xəstəxanaya aparılıblar. Faktla bağlı araşdırma aparılır.

Naxçıvanda ər-arvadın olduğu avtomobil suya düşüb, onların hər ikisi ölüb

Naxçıvanda ər-arvadın olduğu avtomobilin suya düşməsi nəticəsində onların hər ikisi ölüb. Türk.az xəbər verir ki, Şahbuz rayonunda 46 yaşlı Həsən Abbasovun idarə etdiyi “Saipa” markalı maşın idarəetmədən çıxaraq Vayxır su anbarına düşüb. Sürücü və maşında olan həyat yoldaşı 43 yaşlı Ruhiyyə Abbasova suda...

Ötən gün Xaçmaza düşən dolu 87 yaşayış məntəqəsinə ziyan vurub

Ötən gün Xaçmaz rayonuna düşən dolu əsasən əkin sahələrinə və yaşayış evlərinin dam örtüklərinə ziyan vurub. Bu barədə Trend-ə Xaçmaz Rayon İcra Hakimiyyətindən məlumat verilib. Məlumatda deyilir ki, dolu 87 yaşayış məntəqəsinə ziyan vurub: Xaçmaz şəhəri, Arzu qəsəbəsi, Aşağı Zeyid, Alıcqışlaq,...

Milli Nüvə Tədqiqatları Mərkəzinin yığılmış zərəri 7 milyon manata yaxınlaşıb

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə məxsus “Milli Nüvə Tədqiqatları Mərkəzi” QSC-nin cəmi aktivləri bu il yanvarın 1-nə 5,755 milyon manat təşkil edib. “Report” Mərkəzin hesabatına istinadən xəbər verir ki, bu, ötən il yanvarın 1-i ilə müqayisədə 14,5% azdır. 2018-ci ildə...

Cənubi Koreyada mobil telefon zavodunda partlayış olub

Cənubi Koreyada mobil telefon detallarını istehsal edən zavodda baş verən partlayış nəticəsində 1 nəfər ölüb, 3 nəfər yaralanıb. Türk.az “Yonhap”a istinadən xəbər verir ki, bunu yerli yanğınsöndürmə xidmətindən bildiriblər. Hadisə ölkə paytaxtı Seuldan 170 km cənub-şərqdə yerləşən Çxunçxon-Pukto əyalətinin Çeçxon şəhərində baş verib. Konveyerdə partlayış...
- reklam -