Prezident İlham Əliyev ATƏT/DTİHB seçkiləri müşahidə missiyasının rəhbərini qəbul edib

Prezident İlham Əliyev ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun (DTİHB) prezident seçkilərini izləyəcək müşahidə missiyasının rəhbəri, xanım Korin Yonkeri qəbul edib. Turk.az-ın xəbərinə görə, bu barədə prezidentin mətbuat xidməti məlumat yayıb.

Neftçalada Azərbaycan və İranın birgə avtomobil zavodunun açılışı olub

Bu gün Heydər Əliyev Mərkəzində keçirilən Azərbaycan-İran biznes forumunda Neftçala Sənaye Məhəlləsində görülən işləri əks etdirən videoçarx göstərilib. Turk.az-ın məlumatına görə, prezident İlham Əliyev və prezident Həsən Ruhani Neftçala Sənaye Məhəlləsində inşa olunan “Azərmaş” ASC və “İran Khodro” şirkətinin birgə...

Azərbaycan və İran prezidentləri bəyanatlarla çıxış etdilər

Martın 28-də sənədlərin imzalanması mərasimindən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və İran İslam Respublikasının Prezidenti Həsən Ruhani mətbuata bəyanatlarla çıxış ediblər. Əvvəlcə Azərbaycan Prezidenti bəyanatla çıxış etdi. Prezident İlham Əliyevin bəyanatı - Hörmətli cənab Prezident. Hörmətli qonaqlar. Xanımlar və cənablar. İlk növbədə, cənab Prezident,...

“Türkiyə “Zeytun budağı” əməliyyatında 41 şəhid verib, 2872 terrorçu zərərsizləşdirilib”

“46 gündür, Suriyanın Afrin bölgəsində “Zeytun budağı” əməliyyatı həyata keçirilir. İndiyə qədər 700 kv.km ərazi PKK terror təşkilatının Suriya qolu PYD/YPG-dən təmizlənib, 2872 terrorçu zərərsizləşdirilib”. Turk.az-ın Türkiyənin NTV telekanalına istinadən verdiyi məlumata görə, bunu Türkiyə prezidenti, hakim Ədalət və İnkişaf...

MSK trenerlər üçün treninqlərə başladı

Mərkəzi Seçki Komissiyası aşağı seçki komissiyalarının maarifləndirilməsi proqramı çərçivəsində treninqlərə başlayıb. Bu gündən etibarən növbəti layihəyə - aşağı seçki komissiyaları üzvlərinin maarifləndirilməsi proqramı çərçivəsində “Trenerlər üçün treninq”lərə start verilib. Xatırladaq ki, dairə və məntəqə seçki komissiyaları üzvlərinin peşəkarlıq səviyyəsinin artırılması,...

Ərdoğan müsəlmanları Qarabağı azad etməyə çağırdı

Turk.az “Sabah” qəzetinə istinadən xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) İslamabadda keçirilən 13-cü sammitində çıxışı zamanı deyib. Türkiyə prezidenti çıxışında Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalı məsələsinə toxunub. “Dağlıq Qarabağ münaqişəsini gözardı edə bilmərik. 20...

Azərbaycanlı hakerlər erməniləri şoka saldı- Bako Sahakyanın “Feysbuk” hesabını ələ keçirib.

Azərbaycanlı hakerlərdən ibarət qrup “Anti-armenia Team” qondarma “Dağlıq Qarabağ Respublikası”-nın “prezidenti” Bako Sahakyanın “Feysbuk” hesabını ələ keçirib. Hakerlər qondarma “respublika” “prezidentinin” hesabından Xocalı soyqırımı zamanı həlak olanlarla bağlı müxtəlif məlumatlar paylaşdıqdan sonra hesabda öz izlərini qoymağı da unutmayıblar. Qeyd edək ki,...

Amsterdamda AXC-nin 100 illiyi və azərbaycanlıların soyqırımının 100 illiyinin Avropada təbliği müzakirə olunur

Niderland Krallığının paytaxtı Amsterdamda Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibəti ilə Avropa ölkələrində kütləvi tədbirlərin keçirilməsi, o cümlədən 31 Mart soyqırımının 100 illiyi ilə bağlı qitədə təbliğat işlərinə start verilməsi ilə bağlı müzakirələr keçirilir. Turk.az-ın məlumatına görə, Avropa ölkələrindən toplanan...

Rusiyalı deputat: “Xocalı soyqırımı aktı dünya tərəfindən mühakimə olunmalı, günahkarlar ən sərt cəzanı almalıdır”

Rusiya-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun rəhbəri, Rusiya Dövlət Dumasının deputatı Dmitri Savelyev Xocalı soyqırımının növbəti ildönümü ilə bağlı Azərbaycan prezidenti İlham Əliyevə başsağlığı verib və onun ünvanına teleqram göndərib. APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, teleqramda deyilir:"Çox hörmətli cənab prezident! İcazə verin...

Azərbaycan prezidenti “Xocalı” abidəsini ziyarət edib

Azərbaycan prezidenti İlham Əliyev Bakıda Xocalı soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış “Xocalı” abidəsini ziyarət edib. Turk.az-ın məlumatına görə, prezident abidənin önünə əklil qoyub, faciə qurbanlarının xatirəsinə ehtiramını bildirib.
- reklam -