Ulu Öndərin anadan olmasının 100-cü ildönümü münasibətilə Azərbaycan Ordusunda silsilə tədbirlər keçirilir
Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü münasibətilə Müdafiə Nazirliyinin tabeliyində olan birlik, birləşmə, hərbi hissə və xüsusi təyinatlı təhsil müəssisələrində silsilə tədbirlər keçirilir.
Plana uyğun olaraq şəxsi heyət Heydər Əliyev mərkəzlərini, muzeyləri və abidələri ziyarət edir,...
Bakıda Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar atəşfəşanlıq olub
Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi ilə əlaqədar Bakı bulvarında (Dənizkənarı Milli Parkda) konsert proqramının sonunda atəşfəşanlıq olub.
"Report" xəbər verir ki, atəşfəşanlığı on minlərlə insan maraqla izləyib.
Şuşada Ulu Öndər Heydər Əliyevin 100 illiyi münasibətilə film nümayiş olunub
Mayın 10-da Şuşa şəhərində müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə “İz” adlı sənədli film nümayiş etdirilib.
AZƏRTAC xəbər verir ki, filmin nümayişində dövlət və hökumət rəsmiləri, hazırda Şuşada keçirilən “Xarıbülbül” Beynəlxalq...
FHN-in kollektivi Ulu Öndərin xatirəsini yad edib
Mayın 10-da xalqımızın Ümummilli Lideri, böyük tarixi şəxsiyyət, görkəmli dövlət xadimi Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü münasibətilə Azərbaycanın fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov və nazirliyin kollektivi Fəxri xiyabanı ziyarət edib.
Bu barədə “Report”a Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən...
Veteranlar Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət ediblər
Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının əməkdaşları qurumun sədr müavini, polkovnik Cəlil Xəlilovun rəhbərliyi ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə Ulu Öndərin məzarını ziyarət edib, məzar önünə əkil və gül dəstələri qoyublar.
AZƏRTAC xəbər verir ki,...
Prezident İlham Əliyev Heydər Əliyevlə bağlı paylaşım edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ümummilli Lider Heydər Əliyevin doğum günü ilə bağlı rəsmi tviter səhifəsində paylaşım edib.
"Report" xəbər verir ki, paylaşımda "Heydər Əliyev - 100" sözləri yer alıb.
İkinci Dünya müharibəsi iştirakçılarının sosial müdafiəsi daim diqqət mərkəzindədir
1941-1945-ci illər İkinci Dünya müharibəsi iştirakçılarının hərtərəfli diqqət və qayğı ilə əhatə olunması Azərbaycanda həyata keçirilən sosial siyasətin əsas istiqamətlərindən biridir. Ümummilli Lider Heydər Əliyev tərəfindən onlara daim xüsusi diqqət və qayğı göstərilib. Müstəqilliyimizin ilk illərində İkinci Dünya müharibəsi...
Mehriban Əliyeva Faşizm üzərində Qələbə Günü ilə bağlı paylaşım edib
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva sosial şəbəkə hesabında 9 May Faşizm üzərində Qələbə Günü ilə bağlı paylaşım edib.
AZƏRTAC xəbər verir ki, paylaşımda deyilir: “Faşizm üzərində Qələbə Günü münasibətilə bütün veteranlarımızı təbrik edir, hər bir vətəndaşımıza möhkəm cansağlığı, ölkəmizə sülh və...
Birinci vitse-prezident Mehriban Əliyeva instaqram hesabında Qarabağdan foto və video paylaşıb
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi instaqram hesabında Qarabağdan foto və video paylaşıb.
AZƏRTAC xəbər verir ki, paylaşımda deyilir: “Viaduklar, tunellər - Şuşa yolunun yeni görkəmi. 08.05.2023".
https://video.azertag.az/files/video/2023/2/16835470646347564974.mp4
Əfv Sərəncamının icrasına başlanılıb
Prezident İlham Əliyevin imzaladığı “Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” Sərəncamı Ədliyyə Nazirliyinin Probasiya xidmətində icra olunur.
“Report” xəbər verir ki, Probasiya xidmətindən Bakı şəhəri üzrə şərti olaraq məhkum edilmiş, cəzasının çəkilməsi təxirə salınmış və azadlığı məhdudlaşdırılan 28 nəfər...