Elşad Həsənov Yasamal Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib
Bu gün Prezident İlham Əliyevin sərəncamı ilə Elşad Eldar oğlu Həsənov Yasamal Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.
Türk.az xəbər verir ki, Elşad Həsənov 1976-cı il sentyabr ayının 27-də Bakı şəhərində müəllim ailəsində anadan olub. 1982-ci ildə Bakı şəhərinin Nəsimi...
9108 Çağrı Mərkəzi gücləndirilmiş rejimdə fəaliyyət göstərir
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan Elektron Hökumətin İnkişafı Mərkəzi Daxili İşlər Nazirliyi ilə birgə “Xüsusi Karantin Rejiminin Tətbiqi Zamanı İcazələrin Alınması və Monitorinqi Sistemi”ni ərsəyə gətirib.
Vətəndaşlara sistemdən istifadə qaydaları və...
Ərdoğanın Azərbaycana səfəri başa çatıb
Türkiyə Respublikasının prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycan Respublikasına rəsmi səfəri başa çatıb.
Türk.az-ın xəbərinə görə, R. T. Ərdoğanı hava limanında Azərbaycan baş nazirinin birinci müavini Yaqub Eyyubov, xarici işlər nazirinin müavini Xələf Xələfov və digər rəsmi şəxslər yola salıblar
Bu gün bu yollarda rənglənmə işləri aparılacaq
Avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədi ilə Məmməd Araz və Nəsib bəy Yusifbəyli küçələrində avqustun 8-də saat 22:00-dan başlayaraq səhər saatlarınadək üfüqi nişanlanma xətlərinin rənglənməsi işləri aparılacaq.
Bu barədə Türk.az -a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat xidmətindən məlumat verilib.
Bu səbəbdən...
Prezident İlham Əliyev yeni inşa edilmiş “Tufan” tipli sərhəd gözətçi gəmisi ilə tanış olub
Azərbaycan prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev aprelin 30-da Dövlət Sərhəd Xidməti Sahil Mühafizəsinin Gəmi İnşası və Təmiri Mərkəzində yeni inşa edilmiş “Tufan” tipli sərhəd gözətçi gəmisi ilə tanış olub.
Türk.az-ın xəbərinə görə, bu barədə Prezidentin mətbuat xidməti məlumat yayıb.
Ərdoğan Azərbaycana rəsmi səfərə yola düşüb
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana rəsmi səfərə yola düşüb.
Türk.az xəbər verir ki, dövlət başçısını Atatürk hava limanından dövlət və hökumət rəsmiləri yola salıblar.
Qeyd edək ki, R.T.Ərdoğan bu gün Bakının erməni-bolşevik işğalından azad olunmasının 100 illiyi münasibətilə keçiriləcək parada qatılacaq.
Bakı metrosu bu gün bağlanır
Koronavirus (COVID-19) infeksiyasının Azərbaycan Respublikası ərazisində geniş yayılmasının qarşısının alınması üzrə tibbi-profilaktik tədbirlər davam etdirilir. Buna baxmayaraq, ölkə ərazisində infeksiyanın sürətlə yayılması müşahidə olunmaqdadır.
Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahdan “Report”a daxil olan məlumatda bildirilir ki, ictimai nəqliyyatda müvafiq...
Ərdoğan Bakıda əfsanəvi prezidenti ziyarət etdi – Türk KİV
Türkiyə mətbuatı Prezident Rəcəb Tayyib Ərdoğanın andiçmədən sonra ilk rəsmi səfərinin Azərbaycana olması ilə bağlı xəbərləri ətraflı şəkildə işıqlandırıb.
Türk.az xəbər verir ki, Prezidentin Azərbaycan səfəri “Ərdoğanın yeni sistemdəki ilk işi əfsanəvi prezidentin qəbrini ziyarət etmək oldu” başlıqları ilə dərc...
Avstriya kanslerinin müavini Azərbaycanda səfərdədir
Avstriya kanslerinin müavini Haynts-Kristian Ştraxe Azərbaycana işgüzar səfərə gəlib.
Türk.az Avstriya KİV-inə istinadən xəbər verir ki, üç gün davam edəcək səfər zamanı qonağın Azərbaycan Prezidenti, gənclər və idman, iqtisadiyyat, informasiya və texnologiya nazirləri ilə görüşəcəyi nəzərdə tutulub.
Bakıya səfər zamanı kanslerin...
“ASAN xidmət” və “ASAN kommunal” mərkəzlərində 3 gün qeyri-iş günü olacaq
Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni İl bayramı ilə əlaqədar olaraq, 31 dekabr – 2 yanvar tarixində “ASAN xidmət” və “ASAN Kommunal” mərkəzlərində qeyri-iş günü olacaq.
Bu barədə "Report"a Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr...