ABŞ-da təyyarə qəzası baş verib

ABŞ-ın Kaliforniya Ştatında təyyarənin yerə düşməsi nəticəsində 5 nəfər ölüb. Türk.az xəbər verir ki, kiçik mühərrikli təyyarə Kaliforniyanın cənubunda yerləşən ticarət mərkəzinin avtoparkına düşüb. Avtoparkda ölən və yaralanan olmayıb. Qəza ilə bağlı araşdırmalara başlanılıb.

Gürcüstanı NATO-ya qəbul etsəniz

Gürcüstanın NATO-ya üzvlüyü katastrofik nəticələrə səbəb ola bilər. Türk.az xəbər verir ki, bu sözlər Rusiya Baş naziri Dmitri Medvedyevin yaxın günlərdə “Kommersant” radiosunda yayımlanacaq müsahibəsinin fraqmentində yer alıb. O, NATO-nun niyə belə dəhşətli konfliktə getmək istədiyini anlamadığını bildirib. Qeyd edək ki, məhz...

Türkiyədə “Məhrəm imamlar” əməliyyatı

Ankara Respublika Prokurorluğu FETÖ istintaqı çərçivəsində “Məhrəm imamlar” adı altında yeni əməliyyat başladıb. Türk.az xəbər verir ki, əməliyyat zamanı Türkiyə Quru Qoşunları Komandanlığına yerləşdirilmiş 9 FETÖ-çu mayor haqqında həbs qərarı çıxarılıb. //izle.haberler.com/2018/08/06/ankara-cumhuriyet-bassavciligi-nca-9-binbasi-1070-11118262_kj_0939.mp4 Onların müxtəlif vasitələrlə əlaqə yaradıb, FETÖ-nun planlarını icra etdikləri bildirilib.

Orxan Camalı dəfn edə bilmirlər

Mərkəzi Afrikada həlak olmuş jurnalist Orxan Camalın qohumlarına bildiriblər ki, Mərkəzi Afrika Respublikasında onun ölümü haqda Rusiya Federasiyasının konsulu tərəfindən imzalanmış yekun rəy itirilib. Türk.az xəbər verir ki, bu barədə mərhumun dostu və həmkarı Maksim Şevçenko öz Feysbuk səhifəsində yazıb. "Sağlığında...

Yaponiya Rusiyaya nota verdi

Yaponiya Kuril adalarının cənubunda qırıcıların yerləşdirilməsiylə əlaqədar Rusiyaya etiraz notası göndərib. Türk.az xəbər verir ki, bu barədə informasiyanı “RİA Novosti” agentliyi yayıb. Notanın Rusiya Xarici İşlər Nazirliyinə 3 avqustda göndərildiyi bildirilib. Qeyd edək ki, keçən həftə Rusiya Kuril adalarının cənubunda Su-35C təyyarələrini...

Səudiyyə Ərəbistanı Kanada ilə diplomatik əlaqələri dayandırıb

Səudiyyə Ərəbistanı onun daxili işlərinə qarışdığını əsas gətirərək Kanada ilə ticarət, iqtisadiyyat və diplomatik əlaqələri dayandırıb. Türk.az xarici mediaya istinadla bildirir ki, bu barədə Səudiyyə Ərəbistanın Xarici İşlər Nazirliyi özünün Tvitter hesabında açıqlama yayıb. Qeyd edilib ki, Ər-Riyad ölkədəki Kanada səfirini deportasiya...

ABŞ İrana qarşı yeni sanksiyalar tətbiq edir

Bu gündən ABŞ İrana qarşı sanksiyaların tətbiqinə başlayır. Türk.az xəbər verir ki, ABŞ dövlət katibi Mayk Pompeonun sözlərinə görə, İranla nüvə anlaşmasından sonra Tehrana qarşı dayandırılan sanksiyalar bu gün yenidən işə düşəcək: “ABŞ bu sanksiyaları yenidən tətbiq edəcək. Bu, İranın xoş niyyətli...

Ruhani İran parlamentində sualları cavablandıracaq

İran Prezidenti Həsən Ruhani parlamentdə iqtisadi problemlərlə bağlı deputatların suallarını cavablandıracaq. Türk.az xəbər verir ki, bu barədə məlumat Ruhaninin İran parlamentinin spikeri Əli Laricaniyə ünvanlandığı məktubunda yer alıb. “Prezidentin dindirilməsi üçün minimum iki bəndə əməl edilməlidir. Birincisi, bu dindirilmə konstitusiya əsasında olmalıdır,...

İsveçrəyə məxsus təyyarənin qəzaya uğraması nəticəsində 20 nəfər ölüb

Alp dağlarında İsveçrəyə məxsus "Ju-52" tipli təyyarənin qəzaya uğraması nəticəsində 20 nəfər ölüb. Türk.az xəbər verir ki, bu barədə "Associated Press" məlumat yayıb. Qeyd olunur ki, təyyarənin göyərtəsində 17 sərnişin və 3 heyət üzvü olub. Ölənlər arasında 11 kişi və 9 qadın olduğu...

Moskva Pxenyanla bağlı sanksiyanı pozdu

Rusiya keçən ilin sentyabrından bu yana Şimali Koreyanın 10 mindən çox vətəndaşının ölkədə çalışmasına izn verib. Türk.az xəbər verir ki, bu iddia ilə “Vol Strit Jurnal” qəzeti çıxış edib. “Rusiyanın rəsmi mənbələrinin məlumatına əsasən, bu il ölkədə cəmi 700 Şimali Koreya vətəndaşına...
- reklam -