İranın Suriyadakı bütün bazalarını məhv etdik – Liberman
İran İsrail dövlətinin suveren ərazisinə hücum etməyə çalışdı. Ölkəmizin ərazisinə bir dənə belə olsun, raket düşmədi.
Türk.az xəbər verir ki, bu sözləri İsrailin Müdafiə naziri Aviqdor Liberman deyib.
“Onlardan bəziləri Suriyaya düşdü, qalanlarını isə “Dəmir Qübbə” sistemləri ilə vurduq. İranın Suriya ərazisindəki...
Türk lider ABŞ-a gedir: Trampla görüş
Özbəkistan Prezidenti Şövkət Mirziyayev mayın 15-də ABŞ-a səfər edəcək.
Türk.az xəbər verir ki, bu barədə məlumatı Mirziyayevin mətbuat xidməti yayıb. Səfərin iki gün davam edəcəyi bildirilib.
Rəsmi Daşkənd səfərin ABŞ Prezidenti Donald Trampın dəvəti ilə baş tutduğunu açıqlayıb.
Səfər zamanı Mirziyayev Trampla bərabər,...
İsraildən şok təhdid: Əsədi öldürüb, rejimi devirərik
İran Suriya ərazisindən istifadə edərək İsrailə zərbə endirəcəyi halda Bəşər Əsədi öldürərək, rejimini devirəcəyik.
Türk.az xəbər verir ki, bu sözləri İsrailin Energetika naziri Yuval Steintz deyib.
“İsrail indiyə qədər Suriyadakı daxili savaşa müdaxilə etməyib. Əgər Prezident Bəşər Əsəd İranın Suriya ərazisində əməliyyat...
Makron: ABŞ İranla savaşa başlaya bilər
Əgər ABŞ İranla nüvə razılaşmasından çıxsa, bu, nüvə müharibəsinə səbəb ola bilər.
Türk.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Fransa Prezidenti Emmanuel Makron deyib.
“Ən pis halda ABŞ Prezidenti Donald Tramp İranla nüvə razılaşmasından çıxacaq. Bu o deməkdir ki, biz Pandorranın qutusunu...
Ruhani ABŞ-ı hədələdi: Tarixi peşmançılıq olacaq
ABŞ İranın 2015-ci ildə Qərblə imzaladığı sazişdən çıxacağı halda tarixi bir peşmanlıq yaşayacaq.
Türk.az xəbər verir ki, bu sözləri İran Prezidenti Həsən Ruhani deyib.
“ABŞ sazişi tərk etsə, tarixi bir peşmançılıq keçirəcək. İstənilən qərara qarşı hazırlıqlıyıq. İran Atom Enerjisi Təşkilatına lazımı...
Ağalarov raport verdi, Putin qulaq asmadı – Video
Ötən gün Rusiya Prezidenti Vladimir Putin Soçidəki “Fişt” stadionunda ölkəsində keçiriləcək futbol üzrə Dünya Çempionatına hazırlıq işlərinə dair müşavirə keçirib.
Virtualaz.org xəbər verir ki, FİFA prezidenti Canni İnfantinonun da iştirak etdiy müşavirədə federal məmurlar hesabatlarla çıxış ediblər. Daha sonra yarışların keçiriləcəyi...
Rusiya ən müasir silahlarını Qırmızı Meydana toplayır
Moskvada mayın 9-da Qırmızı Meydanda Qələbə gününə həsr olunmuş ənənəvi paradda 13 min nəfər şəxsi heyət, 120 zirehli texnika və 73 uçan aparat iştirak edəcək.
Türk.az xəbər verir ki, bu barədə Rusiyanın Müdafiə Nazirliyindən informasiya yayılıb.
Hərbi paradda Rusiya aviasiyasını Tu-160, Tu-95MS...
Tramp Makronun xətrinə İranı bağışladı
ABŞ Prezidenti Donald Tramp İranla nüvə sazişindən çıxmaqda qərarlı olsa da, ötən həftə Ağ Evi ziyarət edən Fransa Prezidenti Emmanuel Makronu çətin vəziyyətdə qoymamaq üçün anlaşmanın müddətini uzada bilər.
Türk.az xəbər verir ki, bu iddianı “Röyter” Tramp administrasiyasına yaxın mənbələrə istinadla...
Rusiyalı deputatlar Ermənistandakı etirazçıların lideri ilə görüşəcək
Yerevanda səfərdə olan Rusiya Dövlət Dumasının deputatları bu gün Ermənistandakı etiraz aksiyaların lideri Nikol Paşinyanla görüşəcəklər.
Türk.az-ın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Dövlət Dumasının MDB məsələləri, Avrasiya inteqrasiyası və həmvətənlərlə əlaqə üzrə komitəsinin rəhbəri Leonid Kalaşnikov bildirib.
“Nikol Paşinyan...
Ermənistan müxalifəti Yerevanda irimiqyaslı etiraz aksiyası keçirəcək
Ermənistanda etiraz hərəkatının lideri Nikol Paşinyan aprelin 29-dan Yerevanda etiraz aksiyalarına yenidən start veriləcəyini bəyan edib.
Türk.az-ın Ermənistan mətbuatına istinadən verdiyi xəbərə görə, Nikol Paşinyan mitinqin daha irimiqyaslı olacağına əminliyini bildirib.
Qeyd edək ki, Paşinyan paytaxt Yerevanda etiraz aksiyalarına ikigünlük (27-28...