Cari ildə 10,2 milyard kilovat/saat elektrik enerjisi istehsal edilib

Yanvar-may aylarında Azərbaycanda 10 milyard 226,3 milyon kilovat/saat elektrik enerjisi istehsal edilib. Bu göstərici 2020-ci ilin müvafiq ayları ilə müqayisədə 2 faiz çoxdur. Əmtəəlik elektrik enerjisi isə 9 milyard 907,2 milyon kilovat/saat olub.

AZƏRTAC Dövlət Statistika Komitəsinin məlumatlarına istinadla xəbər verir ki, həmin həcmin 9 milyard 206,8 milyon kilovat/saatı istilik, 642,9 milyon kilovat/saatı su, 37,9 milyon kilovat/saatı külək, 19,6 milyon kilovat/saatı isə günəş elektrik stansiyalarında istehsal edilib.