Çanaqqalada meşə yanğınını törətməkdə şübhəli bilinən şəxslər saxlanılıb

Türkiyənin Çanaqqala şəhərində hava limanının qarşısındakı açıq ərazidə baş verən yanğının törədilməsində dörd nəfər şübhəli şəxs qismində saxlanılıb.

“Report” xəbər verir ki, bu barədə “A Haber” məlumat yayıb.

Həmçinin hadisənin törədilməsində istifadə olunduğu ehtimal edilən qara avtomobil aşkarlanıb.

Qeyd edək ki, yanğınla əlaqədar olaraq bir çox təhlükəsizlik tədbirləri görülüb, o cümlədən Çanaqqala boğazı bağlanıb. Həmçinin üç kənd, dövlət xəstəxanası və qocalar evi təxliyə olunub.

Hadisənin səbəbi hələ ki, məlum deyil.

ƏvvəlkiAğ Ev Azərbaycan və Ermənistan liderlərini gözləyir
NövbətiXocavənddə doğmalarının məzarını ziyarət edən şəxs yanğına səbəb olub