Cənubi Koreyada mobil telefon zavodunda partlayış olub

Cənubi Koreyada mobil telefon detallarını istehsal edən zavodda baş verən partlayış nəticəsində 1 nəfər ölüb, 3 nəfər yaralanıb.

Türk.az “Yonhap”a istinadən xəbər verir ki, bunu yerli yanğınsöndürmə xidmətindən bildiriblər.

Hadisə ölkə paytaxtı Seuldan 170 km cənub-şərqdə yerləşən Çxunçxon-Pukto əyalətinin Çeçxon şəhərində baş verib. Konveyerdə partlayış baş verəndən, təxminən, 10 dəqiqə sonra yanğın olub. Yanğın söndürülüb.

Polis və yanğınsöndürmə xidməti hadisənin səbəbini araşdırır.