Cənubi Koreya və Şimali Koreya liderlərinin görüşünün tarixi açıqlanıb

Koreya Xalq Demokratik Respublikasının lideri Kim Çen Inla Koreya Respublikasının Prezidenti Mun Çje İn sentyabrın 18-19-da Pxenyanda görüşəcəklər.

Türk.az TASS-a istinadən xəbər verir ki, bunu sentyabrın 17-də Cənubi Koreya Prezdent Administrasiyasının nümayəndəsi jurnalistlərə deyib.

Bildirilib ki, dövlət başçıları arasında ikitərəfli görüş iki mərhələdə keçiriləcək.

Məlumata görə, Cənubi Koreya Prezidenti sentyabrın 18-də birbaşa aviareyslə Pxenyana səfər edəcək.