Cəlilabadda zəncirvari yol qəzası olub, xəsarət alanlar var

Cəlilabad rayonunda üç avtomobilin iştirakı ilə yol qəzası baş verib.

“Report”un Muğan bürosunun məlumatına görə, hadisə Cəlilabad şəhərinin mərkəzi hissəsində qeydə alınıb.

Hadisə zamanı “VAZ 2106”, “VAZ 2107” və “Mercedes” markalı minik avtomobilləri toqquşub. Qəza nəticəsində rayon sakini, 1976-ci il təvəllüdlü Ağayev Vaqif Azadxan oğlu xəsarət alaraq, xəstəxanaya çatdırılıb. Bir nəfərin xəsarəti yüngül olduğundan, ona hadisə yerində tibbi yardım göstərilib.

Faktla bağlı araşdırma aparılır.