Cəlilabadda şəhid ailələrinə, qazilərə orden və medallar təqdim olunub

Cəlilabad rayonunda şəhid ailələrinə, qazilərə orden və medallar təqdim edilib.

“Report”un Muğan bürosunun məlumatına görə, tədbir Heydər Əliyev Mərkəzində təşkil edilib.

Əvvəlcə tədbir iştirakçıları Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda şəhid olmuş vətən övladlarının əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

Tədbirdə çıxış edənlər Vətən müharibəsində Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında Azərbaycan Ordusunun şücaətindən danışıblar.

Daha sonra Vətən müharibəsində şəhid olan hərbi qulluqçuların ailə üzvlərinə, həmçinin müharibə iştirakçılarına Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin müvafiq Sərəncamı ilə verilən orden və medallar verilib.