Bu gün Yasamal rayonunun bir neçə küçəsində su olmayacaq

Bakı şəhəri Yasamal rayonu Şəfaət Mehdiyev küçəsində yeni tikilmiş magistral su kəmərindən birləşmələrin verilməsi ilə əlaqədar bu gün ərzində Şəfaət Mehdiyev və Ələsgər Ələkbərov küçələrinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

Bu barədə “Report”a “Azərsu” ASC-dən bildirilib.

Məlumata görə, yaranmış narahatlıqla əlaqədar qurum abonentlərdən üzr istəyir.

ƏvvəlkiErməni tərəfi atəşkəs rejimini 20 dəfə pozub
Növbətiİranda təyyarə qəzası baş verib, ölənlər var