İyunun 24-də təhsilverənlərin sertifikatlaşdırılması prosesinin test imtahanı mərhələsinin 4-cü günü yekunlaşıb.
Məktəbəqədər və Ümum Təhsil üzrə Dövlət Agentliyindən AZƏRTAC-a bildirilib ki, test imtahanları 18 şəhər üzrə 39 imtahan mərkəzini əhatə edib. İmtahanda 5945 müəllim iştirak edib, 97 faiz davamiyyət qeydə alınıb.
Bugünkü imtahanla bağlı apellyasiya müraciətlərinin qəbuluna iyunun 25-də saat 12:00-dan etibarən başlanılacaq.
Proseslə bağlı müraciətləri olan müəllimlər portal.edu.az platformasının “Sertifikatlaşdırma” bölməsinə daxil olmaqla ünvanlaya bilərlər.