Bu gün COVID-19 əleyhinə 61 min dozaya yaxın peyvənd vurulub

Oktyabrın 2-də Azərbaycanda 60 min 630 nəfər yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə vaksinasiya olunub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan bildirilib ki, gün ərzində birinci mərhələ üzrə vaksinasiyadan keçənlərin sayı 15 min 293, ikinci mərhələ üzrə isə 45 min 337 nəfər olub.

Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 8 milyon 683 min 990, birinci mərhələ üzrə peyvənd olunanların ümumi sayı 4 milyon 794 min 136, ikinci mərhələ üzrə vaksinasiya edilənlərin sayı 3 milyon 889 min 854 nəfər təşkil edir.