Bu gün COVID-19 əleyhinə 511 doza peyvənd vurulub

Oktyabrın 11-də Azərbaycanda 511 nəfər yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə vaksinasiya olunub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan bildirilib ki, gün ərzində birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 226, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 285 nəfər təşkil edib.

Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 8 milyon 997 min 289, birinci mərhələ üzrə peyvənd olunanların ümumi sayı 4 milyon 889 min 404, ikinci mərhələ üzrə vaksinasiya edilənlərin sayı 4 milyon 107 min 885 nəfər təşkil edir.