Bu gün COVID-19 əleyhinə 49 min dozadan çox peyvənd vurulub

Oktyabrın 29-da Azərbaycanda 49 min 44 nəfər yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə vaksinasiya olunub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan  bildirilib ki, gün ərzində birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 35 min 556, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 13 min 488 nəfər təşkil edib.

Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 9 milyon 567 min 956, birinci mərhələ üzrə peyvənd olunanların ümumi sayı 5 milyon 190 min 492, ikinci mərhələ üzrə vaksinasiya edilənlərin sayı 4 milyon 377 min 464 nəfər təşkil edir.