Bu gün COVID-19 əleyhinə 39 min dozaya yaxın peyvənd vurulub

Oktyabrın 8-də Azərbaycanda 38 min 789 nəfər yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə vaksinasiya olunub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan bildirilib ki, gün ərzində birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 13 min 121, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 25 min 668 nəfər təşkil edib.

Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 8 milyon 923 min 55, birinci mərhələ üzrə peyvənd olunanların ümumi sayı 4 milyon 863 min 636, ikinci mərhələ üzrə vaksinasiya edilənlərin sayı 4 milyon 59 min 419 nəfər təşkil edir.