Bu gün COVID-19 əleyhinə 32 min dozaya yaxın peyvənd vurulub

Dekabrın 11-də Azərbaycanda 31 min 944 nəfər yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə vaksinasiya olunub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan bildirilib ki, gün ərzində birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 3 min 447, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 min 198 nəfər, “buster” doza ilə peyvənd olunanların sayı isə 24 min 299 nəfər təşkil edib.

Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 10 milyon 869 min 472, birinci mərhələ üzrə peyvənd olunanların ümumi sayı 5 milyon 117 min 826, ikinci mərhələ üzrə vaksinasiya edilənlərin sayı 4 milyon 613 min 676 nəfər, “buster” doza ilə peyvənd olunanların sayı 1 milyon 137 min 970 nəfər təşkil edir.