Bu gün COVID-19 əleyhinə 27 min dozadan çox peyvənd vurulub

Dekabrın 23-də Azərbaycanda 27 min 494 nəfər yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə vaksinasiya olunub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan bildirilib ki, gün ərzində birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 2 min 952 nəfər, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 3 min 468 nəfər, “buster” doza ilə peyvənd olunanların sayı isə 21 min 74 nəfər təşkil edib.

Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 11 milyon 152 min 952, birinci mərhələ üzrə peyvənd olunanların ümumi sayı 5 milyon 150 min 711, ikinci mərhələ üzrə vaksinasiya edilənlərin sayı 4 milyon 653 min 5 nəfər, “buster” doza ilə peyvənd olunanların sayı 1 milyon 349 min 236 nəfər təşkil edir.