Bu gün COVID-19 əleyhinə 26 min dozadan çox peyvənd vurulub

Dekabrın 25-də Azərbaycanda 26 min 436 nəfər yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə vaksinasiya olunub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan bildirilib ki, gün ərzində birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 2 min 587 nəfər, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 3 min 249 nəfər, “buster” doza ilə peyvənd olunanların sayı isə 20 min 609 nəfər təşkil edib.

Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 11 milyon 203 min 595, birinci mərhələ üzrə peyvənd olunanların ümumi sayı 5 milyon 155 min 907, ikinci mərhələ üzrə vaksinasiya edilənlərin sayı 4 milyon 659 min 458 nəfər, “buster” doza ilə peyvənd olunanların sayı 1 milyon 388 min 230 nəfər təşkil edir.