Bu gün COVID-19 əleyhinə 21 min dozaya yaxın peyvənd vurulub

Dekabrın 26-da Azərbaycanda 20 min 989 nəfər yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə vaksinasiya olunub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan bildirilib ki, gün ərzində birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 2 min 47 nəfər, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 2 min 554 nəfər, “buster” doza ilə peyvənd olunanların sayı isə 16 min 388 nəfər təşkil edib.

Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 11 milyon 224 min 584, birinci mərhələ üzrə peyvənd olunanların ümumi sayı 5 milyon 157 min 954, ikinci mərhələ üzrə vaksinasiya edilənlərin sayı 4 milyon 662 min 12 nəfər, “buster” doza ilə peyvənd olunanların sayı 1 milyon 404 min 618 nəfər təşkil edir.