Bu gün COVID-19 əleyhinə 116 min dozadan çox peyvənd vurulub

Avqustun 31-də Azərbaycanda 116 min 709 nəfər yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə vaksinasiya olunub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan bildirilib ki, gün ərzində birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 69 min 972, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 46 min 737 nəfər təşkil edib.

Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 6 milyon 805 min 740, birinci mərhələ üzrə peyvənd olunanların ümumi sayı 4 milyon 113 min 716, ikinci mərhələ üzrə vaksinasiya edilənlərin sayı 2 milyon 692 min 24 nəfər təşkil edir.