Bu gün Azərbaycanda koronavirusa qarşı 24 mindən çox vaksin vurulub

Dekabrın 12-də Azərbaycanda 24 min 600 nəfər yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə vaksinasiya olunub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan bildirilib ki, gün ərzində birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 2 min 747, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 3 min 548, “buster” doza ilə peyvənd olunanların sayı isə 18 min 305 nəfər təşkil edib.

Azərbaycanda bu günə qədər vurulan vaksin dozalarının ümumi sayı 10 milyon 894 min 72, birinci mərhələ üzrə peyvənd olunanların ümumi sayı 5 milyon 120 min 573, ikinci mərhələ üzrə vaksinasiya edilənlərin sayı 4 milyon 617 min 224 nəfər, “buster” doza ilə peyvənd olunanların sayı 1 milyon 156 min 275 nəfər təşkil edir.