Bu gün Azərbaycanda COVID-19 əleyhinə 77 min dozadan çox peyvənd vurulub

Fevralın 16-da Azərbaycanda 77 min 407 nəfər yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə vaksinasiya olunub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan bildirilib ki, gün ərzində birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 3 min 375, ikinci mərhələ üzrə 1869, “buster” doza ilə peyvənd olunanların sayı isə 72 min 163 nəfər təşkil edib.

Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 12 milyon 627 min 370, birinci mərhələ üzrə vurulan peyvəndlərin ümumi sayı 5 milyon 273 min 971, ikinci mərhələ üzrə 4 milyon 768 min 299, vurulan “buster” doza vaksinlərin ümumi sayı isə 2 milyon 585 min 100-dür.