Bu gün Azərbaycanda COVID-19 əleyhinə 43 min dozadan çox peyvənd vurulub

Fevralın 12-də Azərbaycanda 43 min 692 nəfər yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə vaksinasiya olunub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan bildirilib ki, gün ərzində birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 3 min 69, ikinci mərhələ üzrə 1788, “buster” doza ilə peyvənd olunanların sayı isə 38 min 835 nəfər təşkil edib.

Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 12 milyon 434 min 328, birinci mərhələ üzrə vurulan peyvəndlərin ümumi sayı 5 milyon 264 min 564, ikinci mərhələ üzrə 4 milyon 762 min 493, vurulan “buster” doza vaksinlərin ümumi sayı isə 2 milyon 407 min 271-dir.