Bu gün Azərbaycanda COVID-19 əleyhinə 36 min dozadan çox peyvənd vurulub

Fevralın 5-də Azərbaycanda 36 min 448 nəfər yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə vaksinasiya olunub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan bildirilib ki, gün ərzində birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 3098, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 2025, “buster” doza ilə peyvənd olunanların sayı isə 31 min 325 nəfər təşkil edib.

Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 12 milyon 186 min 279, birinci mərhələ üzrə vurulan peyvəndlərin ümumi sayı 5 milyon 245 min 925, ikinci mərhələ üzrə 4 milyon 750 min 763, vurulan “buster” doza vaksinlərin ümumi sayı isə 2 milyon 189 min 591-dir.