Bu gün Azərbaycanda COVID-19 əleyhinə 30 mindən çox peyvənd vurulub

Yanvarın 26-da Azərbaycanda 30 min 563 nəfər yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə vaksinasiya olunub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan bildirilib ki, gün ərzində birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 2621, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 2549, “buster” doza ilə peyvənd olunanların sayı isə 25 min 393 nəfər təşkil edib.

Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 11 milyon 876 min 73, birinci mərhələ üzrə peyvənd olunanların ümumi sayı 5 milyon 220 min 1, ikinci mərhələ üzrə vaksinasiya edilənlərin sayı 4 milyon 734 min 704 nəfər, “buster” doza ilə peyvənd olunanların sayı 1 milyon 921 min 368 nəfər təşkil edir.