Bu gün Azərbaycanda COVID-19 əleyhinə 23 min 95 vaksin vurulub

Martın 6-da Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə 23 min 95 doza vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan bildirilib ki, gün ərzində birinci doza üzrə vurulan vaksinlərin sayı 1281, ikinci doza vaksinlərin sayı 1548, üç və daha çox doza vaksinlərin sayı 19 min 49, pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı 1217 olub.

Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 13 milyon 159 min 751, birinci mərhələ üzrə vurulan peyvəndlərin ümumi sayı 5 milyon 308 min 772, ikinci mərhələ üzrə 4 milyon 795 min 324, üç və daha çox doza vaksinlərin sayı 2 milyon 842 min 65, pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı 213 min 590-dır.