Bu gün Azərbaycanda COVID-19 əleyhinə 193 nəfər peyvənd olunub

Noyabrın 8-də Azərbaycanda 193 nəfər yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə vaksinasiya olunub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan bildirilib ki, gün ərzində birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 8, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 21 nəfər, “buster” doza vaksinlərin sayı isə 164 təşkil edib.

Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 9 milyon 917 min 741, birinci mərhələ üzrə peyvənd olunanların ümumi sayı 4 milyon 997 min 514, ikinci mərhələ üzrə vaksinasiya edilənlərin sayı 4 milyon 435 min 101 nəfər təşkil edir.

Ümumilikdə “buster” doza vaksinlərin sayı isə 485 min 126 olub.