Bu gün Azərbaycanda “buster” doza ilə peyvənd olunanların sayı 33 min 634 nəfər təşkil edib

Fevralın 1-də Azərbaycanda 38 min 362 nəfər yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə vaksinasiya olunub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan bildirilib ki, gün ərzində birinci mərhələ üzrə vaksin olunanların sayı 3308, ikinci doza üzrə 1420, “buster” doza ilə peyvənd olunanların sayı isə 33 min 634 nəfər təşkil edib.

Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 12 milyon 39 min 129, birinci mərhələ üzrə peyvənd olunanların ümumi sayı 5 milyon 233 min 696, ikinci mərhələ üzrə vaksinasiya edilənlərin sayı 4 milyon 743 min 594 nəfər, “buster” doza ilə peyvənd olunanların sayı 2 milyon 61 min 839 nəfər təşkil edir.