Bu gün Azərbaycan İlahiyyat İnstitutunda 190 tələbə imtahan verib

Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) 2021-2022-ci tədris ilinin payız semestrinin imtahan sessiyası keçirilir.

İnstitutdan AZƏRTAC-a bildiriblər ki, yanvarın 10-da Azərbaycan tarixi, fəlsəfə, din psixologiyası və s. fənlər üzrə ümumilikdə 190 tələbə imtahan verib. Aİİ-də imtahanlar üçün bütün lazımi şərait yaradılıb.

İmtahanlar yanvarın 27-də başa çatacaq.