Britaniyanın xarici işlər naziri: Sülh istiqamətində atılan cəsarətli addımlara görə Azərbaycan və Ermənistanı təbrik edirəm

Britaniyanın xarici işlər naziri Devid Lemmi Ermənistan və Azərbaycan arasında Vaşinqtonda atılan mühüm sülh addımlarını alqışlayıb.

AZƏRTAC xəbər verir ki, o, “X” sosial şəbəkə hesabında bu barədə yazıb: “Vaşinqtonda sülh istiqamətində atılan cəsarətli addımlara görə Ermənistan və Azərbaycanı təbrik edirəm. Bu irəliləyişin əldə olunmasında ABŞ Prezidenti Donald Trampın həlledici rolunu yüksək qiymətləndirirəm”.

Devid Lemmi əlavə edib ki, Böyük Britaniya Cənubi Qafqazda sülh prosesini dəstəkləməyə hazırdır: “Hər iki tərəf öhdəliklərinə sadiq qaldıqca, Böyük Britaniya sülhü dəstəkləməyə hazırdır”,- deyə nazir bildirib.

ƏvvəlkiƏrdoğan regionda sülh gündəliyində nümayiş etdirdiyi liderliyə görə İlham Əliyevi təbrik edib
NövbətiAzərbaycan və Özbəkistanın xarici işlər nazirləri arasında telefon danışığı olub