Britaniya İsveçin ardınca Finlandiya ilə təhlükəsizlik sazişi imzalayıb

Böyük Britaniyanın Baş naziri Boris Conson Finlandiya ilə qarşılıqlı təhlükəsizlik sazişi imzalayıb.

“Report” bu barədə “Sky News”a istinadən xəbər verir.

Sazişə əsasən, Finlandiya lazım gələrsə, Britaniyanın köməyinə arxalana bilər.

Bundan əvvəl analoji saziş İsveçlə imzalanıb.

Yeri gəlmişkən, Finlandiya və İsveç bir həftə ərzində NATO-ya üzvlük üçün müraciət edə bilərlər.