Britaniya Azərbaycanda minalarla mübarizə üçün əlavə 500 min funt-sterlinq ayırıb

Böyük Britaniya hökuməti Azərbaycanda minalarla mübarizəni dəstəkləmək üçün əlavə 500 min funt-sterlinq ayırıb.

“Report” xəbər verir ki, bu barədə Böyük Britaniyanın Azərbaycandakı səfiri Ferqus Auld tviterdə paylaşım edib.

Qeyd edilib ki, bu vəsait Azərbaycanın Minatəmizləmə Agentliyi və BMT-nin Azərbaycandakı İnkişaf Proqramı ilə tərəfdaşlıq çərçivəsində mina təmizləmə sahəsində Azərbaycanın potensialının artırılmasına və Böyük Qayıdışın təhlükəsizliyinin təmin edilməsinə yönəldilib.