bp AÇG üzrə xərcləri azaldıb

2022-ci ilin birinci yarısı ərzində “Azəri-Çıraq-Günəşli” yataqlar bloku üzrə fəaliyyətlərə təqribən 229 milyon dollar əməliyyat məsrəfləri və 791 milyon dollar əsaslı məsrəflər xərclənib.

Trend bu barədə bp şirkətinə istinadən məlumat verir.

Ötən ilin eyni dövründə isə əməliyyat məsrəfləri 266 milyon dollar, əsaslı məsrəflər 846 milyon dollar təşkil etmişdi.

Beləliklə, bp-nin AÇG üzrə əməliyyat məsrəfləri 14 faiz, əsaslı məsrəflər 6,5 faiz azalıb.

Qeyd edək ki, AÇG-də iştirak payları aşağdakı kimidir: bp (30,37%), SOCAR (25,0%), MOL (9,57%), İNPEKS (9,31%), Ekvinor (7,27%), EksonMobil (6,79%), TPAO (5,73%), İTOÇU (3,65%), ONGCVideş (2,31%)