BOZQURDLAR PREZİDENT SEÇKİLƏRİNDƏ CƏNAB İLHAM ƏLİYEVİN NAMİZƏDLİYİNİ DƏSTƏKLƏYİRLƏR (AzMDEP-in İCMALI)

Azərbaycan Milli Demokrat (Bozqurd) Partiyasının İnformasiya Bölümünün İcmalı 

Fevralın 22-də Azərbaycan Milli Demokrat (Bozqurd) Partiyası (AzMDEP) Siyasi Şurasının növbəti iclası keçirilmişdir.

İclasda regionda və dünyada cərəyan edən proseslər müzakirə edildi. AzMDEP, qarşıdakı 11 aprel prezident seçkiləri ilə əlaqədar partiya tərəfindən Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin namizədliyinin dəstəklənməsi məsələsini müzakirə etmişdir. AzMDEP, İlham Əliyevin namizədliyinin dəstəklənməsi məsələsini partiya Böyük Məclisinə çıxarılmasını qərara almışdır. AzMDEP İlham Əliyevin namizədliyinin dəstəklənməsini Dövlət və Millət maraqları çərçivəsində onun apardığı daxili və xarici siyasəti, bölgədə və dünyada gedən proseslər fonunda mümkün riskləri nəzərə alaraq İlham Əliyevin namizədliyinin yeganə və alternativsiz olması ilə əsaslandırmaqdadır.

22 fevral 2018-ci il                     [email protected]