Bolqarıstanın qaza tələbatının 19 faizini Azərbaycan qarşılayacaq

Bolqarıstanın qaza tələbatının 19 faizini Azərbaycan qarşılayacaq.

Trend xəbər verir ki, bunu energetika naziri Pərviz Şahbazov deyib.

“Rumıniyada Bolqarıstanın energetika naziri Rosen Xristov ilə ikitərəfli enerji əməkdaşlığının inkişafını müzakirə etdik. İlin sonuna Bolqarıstanın qaza tələbatının 19 %-i Azərbaycan hesabına ödəniləcək”, – deyə o əlavə edib.