Azərbaycan və Belarus prezidentləri mətbuata birgə bəyanatlarla çıxış ediblər
Sənədlərin imzalanması mərasimindən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko mətbuata birgə bəyanatlarla çıxış ediblər.
İlham Əliyevin və Belarus Prezidenti Aleksandr Lukaşenkonun təkbətək görüşü olub
Noyabrın 19-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko ilə təkbətək görüşü olub.
Dövlət başçıları görüşdə çıxış ediblər.
İlham Əliyev Minskdə “Qələbə” meydanını ziyarət edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Belarus Respublikasına rəsmi səfəri çərçivəsində noyabrın 19-da Minsk şəhərindəki “Qələbə” meydanında 1941-1945-ci illər Böyük Vətən müharibəsində faşizm üzərində Qələbənin şərəfinə ucaldılmış abidəni ziyarət edib.
Meydanda Azərbaycan Prezidentinin...
İlham Əliyev Belarusa rəsmi səfərə gəlib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 18-də Belarus Respublikasına rəsmi səfərə gəlib.
Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Minsk Milli Aeroportunda dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
Azərbaycan Prezidenti İlham Əliyevi Belarusun...
İlham Əliyev Beynəlxalq Paralimpiya Komitəsinin prezidentini qəbul edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 15-də Beynəlxalq Paralimpiya Komitəsinin prezidenti Endrü Parsonsu qəbul edib.
Dövlətimizin başçısı Beynəlxalq Paralimpiya Komitəsinin prezidenti Endrü Parsonsun Azərbaycana səfərinin onun təmsil etdiyi qurumla ölkəmiz arasında əməkdaşlığın...
Baş nazir Novruz Məmmədov Slovakiya Respublikasının Baş naziri ilə görüşüb
Noyabrın 13-də Azərbaycan Respublikasının Baş naziri Novruz Məmmədov Slovakiya Respublikasının Baş naziri Peter Pelleqrini ilə görüşüb.
Əvvəlcə Azərbaycanın və Slovakiyanın Baş nazirlərinin təkbətək görüşü olub. Görüşdə iki ölkə arasında əməkdaşlığın inkişaf perspektivləri müzakirə...
İlham Əliyevin Slovakiyanın Baş naziri Peter Pelleqrini ilə təkbətək görüşü olub
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Slovakiya Respublikasının Baş naziri Peter Pelleqrini ilə təkbətək görüşü olub.
Prezident İlham Əliyev Baş nazir Peter Pelleqrinini qarşıladı.
Azərbaycan Prezidenti və Slovakiyanın Baş naziri birgə foto çəkdirdilər.
Dövlətimizin başçısı...
İlham Əliyevin və Slovakiyanın Baş naziri Peter Pelleqrininin geniş tərkibdə görüşü olub
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Slovakiya Respublikasının Baş naziri Peter Pelleqrini ilə təkbətək görüşü başa çatdıqdan sonra danışıqlar geniş tərkibdə davam etdirilib.
Görüşdə çıxış edən Azərbaycan Prezidenti İlham ƏLİYEV dedi:
-Hörmətli cənab Baş nazir,...
Azərbaycanın İsveç, Norveç və Finlandiyadakı səfiri geri çağırılıb
Adış Sakit oğlu Məmmədov Azərbaycan Respublikasının İsveç Krallığında, eyni zamanda Norveç Krallığında və Finlandiya Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb.
"Report"un məlumatına görə, Prezident İlham Əliyev bununla bağlı sərəncam imzalayıb.
Prezident İlham Əliyev Ümumdünya Antidopinq Agentliyinin prezidentini qəbul edib
Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 12-də Ümumdünya Antidopinq Agentliyinin prezidenti Kreyq Ridinın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
"Report" xəbər verir ki, dövlət başçısı Ümumdünya Antidopinq Agentliyinin Təsisçilər Şurasının və İcraiyyə Komitəsinin iclaslarının...