BMT: ABŞ-a yollanan 14 min miqrant geri qayıdıb

ABŞ-a yollanan 14 min miqrant geri qayıdıb.

AZƏRTAC-ın məlumatına görə, bu barədə BMT-nin İnsan Haqları üzrə Ali Komissarlığının dəstəyi ilə Kolumbiya, Panama və Kosta-Rika hökumətləri tərəfindən dərc edilən hesabatda göstərilir. Hesabata görə, onların demək olar ki, hamısı venesuelalıdır. Məlumata əsasən, bunlar Venesuelanın uzun sürən iqtisadi, sosial və siyasi böhranlarından qaçmaq üçün ABŞ-a üz tutan və yeni immiqrasiya siyasəti ilə qarşılaşdıqları üçün geri qayıdan miqrantlardır.

Qeyd olunur ki, Kolumbiya və Panama sərhədindəki təhlükəli Darien dəhlizi vasitəsilə 2023-cü ildə yarım milyondan çox miqrant keçib və bu rəqəm pik həddə çatıb. Bu axın 2024-cü ildə bir qədər ləngiyib, lakin bu ilin əvvəlində demək olar ki, tamamilə sıfırlanıb.

ƏvvəlkiAİ zəlzələ ilə əlaqədar Əfqanıstana bir milyon avroluq humanitar yardım ayırıb
NövbətiLondon metrosunda sərnişinlər saatlarla qatarın içində qalıblar