Bitkoinin qiyməti 40 min dolları keçib

Bitkoin tarixi maksimumunu yeniləyib. Ticarət zamanı kriptovalyutanın dəyəri 8,5 faiz bahalaşaraq 40 min ABŞ dollarından yuxarı qalxıb.

“Report” “CoinDesk”ə istinadən xəbər verir ki, bununla da ən geniş istifadə olunan kriptovalyutanın məzənnəsi rekordu yeniləyib.