Cari ilin yanvar-iyun aylarında muxtar respublikada pərakəndə ticarət dövriyyəsi 677 milyon 5 min 400 manat təşkil edib.
Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsinin mətbuat xidmətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 3,5 faiz çoxdur.
Ticarət şəbəkəsində 348 milyon 657 min 800 manatlıq qida məhsulları, içkilər və tütün məmulatları, 328 milyon 347 min 600 manatlıq qeyri-qida məhsulları satılıb.