Birinci vitse-prezident Mehriban Əliyeva Silahlı Qüvvələr Günü münasibətilə paylaşım edib

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi instaqram səhifəsində 26 İyun – Silahlı Qüvvələr Günü münasibətilə paylaşım edib.

AZƏRTAC xəbər verir ki, paylaşımda deyilir: “Xalqımıza Zəfər sevincini bəxş etmiş Ordumuzla qürur duyuruq! Allah Vətən uğrunda qəhrəmancasına həlak olmuş şəhidlərimizə rəhmət eləsin! Uca Tanrı xalqımızı və doğma Azərbaycanımızı qorusun!”.

ƏvvəlkiPrezident İlham Əliyev Silahlı Qüvvələr Günü ilə bağlı paylaşım edib
NövbətiGəncədə hərbi yürüş keçirilib