Birinci rübdə istehlakçılara 514 milyon manatlıq avtomobil benzini və dizel yanacağı satılıb

Yanvar-mart aylarında pərakəndə ticarət şəbəkəsində istehlakçılara 514,1 milyon manatlıq avtomobil benzini və dizel yanacağı satılıb.

Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, bu göstərici 2020-ci ilin eyni ayları ilə müqayisədə 9,2 faiz azdır.

Üç ayda alıcıların son istehlak məqsədilə aldıqları mallara xərclədiyi vəsaitin 5,4 faizi avtomobil benzini və dizel yanacağının alınmasına sərf olunub.