Birgə Bəyannamənin Cənubi Qafqazda sabit və davamlı sülhə töhfə verəcəyinə ümidvaram

Roma Katolik Kilsəsinin rəhbəri Papa XIV Leo avqustun 8-də ABŞ-ın himayəsi ilə Vaşinqtonda Azərbaycan və Ermənistan arasında imzalanmış Birgə Bəyannaməni alqışlayır.

AZƏRTAC xəbər verir ki, pontifik ənənəvi “Angelus” duası zamanı Birgə Bəyannamənin davamlı sülhə töhfə verəcəyinə ümidvar olduğunu bildirib.

“Bunun (Birgə Bəyannamənin) Cənubi Qafqazda sabit və davamlı sülhə töhfə verəcəyinə ümidvaram”, – deyə Roma Papası vurğulayıb.

ƏvvəlkiTürk Mədəniyyəti və İrsi Fondu Vaşinqtonda Azərbaycan ilə Ermənistan arasında Birgə Bəyannamənin imzalanmasını alqışlayıb
Növbəti“Qarabağ” Çempionlar Liqasının pley-off mərhələsinə yüksəlib